Türkiyə ABŞ-dan 400 milyon dollarlıq raket istəyir

Türkiyə ABŞ-dan F-16 döyüş təyyarələri üçün ümumi dəyəri 400 milyon dollar olan raket və radarlar istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

 

Qeyd olunub ki, tələb təsdiq üçün ABŞ prezidenti Co Baydenin administrasiyası tərəfindən Konqresə göndərilib.

 

Türkiyə ABŞ-ın “Raytheon” şirkətinin istehsal etdiyi “AIM-120 AMRAAM” və “Lockheed Martin” tərəfindən istehsal olunan “AIM-9 Sidewinder” raketləri, eləcə də radarlar və qırıcılar üçün digər avadanlıqlar almaq istəyir.

 

Nəşrin məlumatına görə, sövdələşmə Ankaranın 40 yeni F-16 döyüş təyyarəsi almaq istəyi ilə bağlı ola bilər. ABŞ konqresmenləri əvvəllər Türkiyəyə qırıcı təyyarələrin satışına qarşı çıxıblar, lakin Türkiyə Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçilik etdikdən sonra Konqresin mövqeyində dəyişiklik hiss olunur.