Tramp 110 min dollar cərimələndi

ABŞ-ın eks-prezidenti Donald Tramp məhkəməyə hörmətsizlik etdiyi üçün 110 min dollar məbləğində cərimələnib.

Axar.az xəbər verir ki, bu barədə Nyu York ştat məhkəməsi qərar qəbul edib.

Qeyd olunur ki, daha əvvəl D.Tramp məhkəməyə hörmətsizliyə görə hər gün 10 min dollar məbləğində cərimə ödəməli idi. Lakin məhəkəmə bu qətnaməni ləğv edərək, eks-prezidenti 110 min dollar birdəfəlik cərimələyib. Bu məbləğ aprelin sonundan yığılmış ödəmələrin cəmidir.