Şarl Mişel Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib

NATO və Avropa İttifaqı (Aİ) arasında birlik və həmrəylik heç vaxt bu qədər yaxın olmayıb.

LAF TV.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel “Twitter“də bildirib.

 

“Prezident Niinistö və Baş nazir Sanna Marin Finlandiyanın NATO-ya üzv olmasına yol açır. Atılan bu tarixi addım Avropanın təhlükəsizliyinə böyük töhfə verəcək. Rusiyanın Ukraynada apardığı müharibə müddətində, bu, güclü çəkindirici siqnaldır”, – Şarl Mişel vurğulayıb.