Ruslar Polşa səfirliyini “qana” boyadı

Naməlum şəxslər Polşanın Moskvadakı səfirliyinin binası üzərinə qırmızı boya töküblər.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Bildirilib ki, diplomatik nümayəndəliyin əməkdaşları səfirliyə bitişik ərazidə təmizlik işləri aparır, lakin boyanı tamamilə yumaq mümkün deyil. Səfirlik hadisə ilə bağlı şərh verməkdən imtina edib.

 

Qeyd edək ki, mayın 9-da Varşavada sovet əsgərlərinin məzarlarını ziyarət edərkən Rusiyanın Polşadakı səfiri Sergey Andreyevin üzərinə qırmızı boya atılıb. Mayın 11-də Polşa səfiri Kşiştof Krayevski Andreyevə hücumla bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiya Xarici İşlər Nazirliyi Polşa hakimiyyətinin rəsmi üzr istəməli olduğunu bildirib. Sergey Andreyev özü qeyd edib ki, ona qarşı həyata keçirilən hücum Polşa xüsusi xidmət orqanları ilə razılaşdırılıb.