Rusiya daha bir hərbi gəmisini itirdi

Rusiya Ukrayna ilə döyüşlər zamanı Qara dənizdə daha bir gəmisini itirib. 

“Unikal”ın UNİAN-a istinadən verdiyi xəbərə görə, logistika dəstək gəmisindən Rusiyada yalnız ikisi var idi.

Qeyd olunub ki, gəmi İlan adasına doğru gedirdi. Sonra naməlum səbəbdən gəmidə yanğın baş verib.

Daha sonra ekipajın xilas edilməsi əməliyyatı davam etdirilib. Yanmış gəmini gecə yarısı Sevastopola çatdırmağa çalışıblar