Erməni əsgər intihar edib

Ermənistanın hərbi qulluqçusu Argişti Yeqyan intihar edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 360.1-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə başlanmış cinayət işi çərçivəsində çağırışçı əsgər, sıravi Argişti Yeqyanın ölümünün aydınlaşdırılması istiqamətində istintaq və digər prosessual hərəkətlər həyata keçirilir.

 

İlkin məlumatlara görə, 2022-ci il mayın 11-də saat 10:15 radələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu sıravi Argişti Yeqyan döyüş postunda xidməti silahdan sinə nahiyəsinə atəş açaraq intihar edib. Bu barədə Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

 

Faktla bağlı ilkin araşdırma aparılır.