ABŞ Əfqanıstanı vurmağa hazırlaşır

Milli təhlükəsizliyə təhlükə yaranarsa, ABŞ Əfqanıstanı vuracaq.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.

 

Onun sözlərinə görə, İŞİD və digər terror qrupları Əfqanıstanda yenidən toparlanmağa çalışır. General onların ABŞ üçün təhlükə yaratmağa davam etdiyini bildirib.

 

“Biz hələ də vəziyyəti izləyirik və necə, hansı formada, hansı mexanizmlərin köməyi ilə izlədiyimiz barədə məlumat verməyəcəm, lakin Əfqanıstan ərazisindən təhlükənin gəldiyini görsək, zərbə əməliyyatlarını həyata keçirmək üçün imkanlarımız var”, – deyə Mark Milli ABŞ Konqresinin Nümayəndələr Palatasının dinləmələrində çıxış edərkən vurğulayıb.