Xersonda küçəyə Jirinovskinin adı veriləcək

Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Xersonun küçələrindən birinə mərhum siyasətçi Vladimir Jirinovskinin adının verilməsi planlaşdırılır.

 

Modern.az xəbər verir ki, bu barədə Xerson vilayətinin hərbi-mülki administrasiyası rəhbərinin müavini Kirill Stremousov bildirib.

 

“Vladimir Jirinovski bəzi şeyləri sadəcə proqnozlaşdıran adam idi. O, danışdığı hər şeyə dərindən və səmimiyyətlə inanan adamdır. Düşünürəm ki, biz Xersonda bir küçəyə onun adını verməliyik”, – Stremousov jurnalistlərə açıqlamasında deyib.

 

Qeyd dək ki, Jirinovski aprelin 6-da uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib, aprelin 8-də Novodeviçi qəbiristanlığında dəfn edilib.