Ukraynada dağıdılan xəstəxanaların sayı açıqlanıb

Rusiya Ordusunun zərbələri nəticəsində Ukraynada 101 xəstəxana tamamilə dağılıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, müharibənin davam etdiyi 77 gün ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın 600 tibb müəssisənin zərbələr endirib ki, onlardan 101-i tamamilə dağıdılıb. Həmçinin 450-dən çox aptek dağıdılıb.

“Rusiya qüvvələri təxminən 200 ambulansa atəş açıb və ya onu ələ keçirib”, – qeyd olunub.