Müxalifət İrəvanda etiraz aksiyalarını bu gün də davam etdirəcək

Bu gün saat 12:00-da İrəvanın müxtəlif istiqamətlərində avtoyürüşlər təşkil olunacaq.

Modern.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Müqavimət Hərəkatının mitinqində parlamentin müxalifətdən olan vitse-spikeri, “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

O, vətəndaşları 2-3 maşında avtomobil yürüşləri təşkil etməyə çağırıb.

İşxan Saqatelyan paralel olaraq itaətsizlik aksiyalarının davam edəcəyini deyib. O bildirib ki, saat 16:00-da müxalifət yenidən Fransa meydanına toplaşacaq.

Müxalifətin etiraz aksiyalarını bir o qədər də ciddiyə almayan baş nazir Nikol Paşinyan isə Niderlanda ikigünlük işgüzar səfər edib.