Conson İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü müzakirə edəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson İsveçə səfər edib.

APA “Guardian” istinadən xəbər verir ki, Baş nazir Conson İsveçdəki görüşlərini yekunlaşdırdıqdan sonra Finlandiyaya səfər edəcək.

 

Consonun 24 saatlıq səfəri zamanı hər iki ölkənin liderləri ilə görüşü planlaşdırılır və burada o, Avropanın Ukraynadakı müharibəyə reaksiyasını və bu iki Şimali Avropa ölkəsinin NATO-ya üzvlük ambisiyalarını müzakirə edəcək.

Britaniya Baş nazirinin ofisindən bildirilib ki, bu regiona səfər Avropanın təhlükəsizliyi ilə bağlıdır: “Biz İsveç və Finlandiyanın mövqeyini başa düşürük və buna görə də Baş nazir daha geniş təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədir”.