BMT: Ukraynada atəşkəs hələlik mümkün görünmür

Hazırda Ukraynada sülhün və ya ümumi atəşkəsin bağlanması ehtimalı görünmür.

APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş Avstriya Prezidenti Aleksandr Van der Bellenlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

 

O bildirib ki, Ukrayna ilə bağlı sülh danışıqlarının zamanı gələcək, lakin bu, yaxın gələcək üçün mümkün görünmür.

 

“Bu müharibə əbədi olmayacaq. Elə vaxt gələcək ki, sülh danışıqları aparılacaq.

Mən bunu yaxın gələcəkdə görmürəm. Amma bir şeyi deyə bilərəm: Biz heç vaxt təslim olmayacağıq”, – BMT Baş katibi vurğulayıb.