Makron: “Fransa və Almaniya Rusiya ilə Ukrayna arasında danışıqları başa çatdırmaq istəyirlər”

“Fransa və Almaniya Ukraynada sülhü təmin etmək üçün Kiyev və Moskva arasında danışıqları başa çatdırmağa imkan verəcək atəşkəsin tezliklə bərqərar olmasına nail olmaq niyyətindədirlər”.

“Report” xəbər verir ki, bu barədə Fransanın Prezidenti Emmanuel Makron deyib.

“Bizim nail olmaq istədiyimiz sülhə nail olmaq, Rusiya qoşunlarının Ukraynadan davamlı şəkildə çıxarılması üçün Moskva və Kiyev nümayəndə heyətləri arasında davam edən danışıqları başa çatdırmağa imkan verəcək erkən atəşkəsdir. Məqsədimiz budur. Biz Ukraynanın müəyyən edəcəyi şərtlərlə danışıqlara kömək etmək istəyirik”-deyə, Makron bildirib.