Rusiya Suriyadakı qoşunları Ukraynaya göndərir

Rusiya qoşunları Suriyadakı mövqelərini tərk edir.

Modern.az xəbər verir ki, Rusiya hərbi birləşmələrini Suriyadan çıxararaq Ukraynaya yollamağa hazırlaşır.

Məlumata görə, Ukraynaya göndəriləcək canlı qüvvə və texnika hazırda Suriyada 3 aerodroma cəmləşdirilib.

Rusiyanın Müdafiə Nazirliyi hərbçilərinin çıxarıldığı hərbi bazaları İranın İslam İnqilabı Keşikçiləri Korpusuna və Livandakı “Hizbullah”ın Suriyadakı bölmələrinə təhvil verməyi planlaşdırır.