Etiraza qalxan ruslar:”Biz Ukrayna ilə həmrəyik”

Yüzlərlə rusiyalı Londonun mərkəzində toplaşaraq rus qoşunlarının Ukraynadan çıxarılmasını və öz ölkələrində artan avtoritarizmə etiraz ediblər.

“Unikal”ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bununla da onlar bütün rusların müharibəni və mülki əhalinin öldürülməsini dəstəkləmədiyini bildirib.

“Biz Ukrayna ilə həmrəyik”, – etirazçı ruslardan biri dedi.

Etirazçılar Londonun Parlament meydanında, İkinci Dünya Müharibəsinin lideri Uinston Çörçillin abidəsi yaxınlığında toplaşıblar.