ABŞ naxçıvanlıya qarşı sanksiya tətbiq etdi

Xəbər verildiyi kimi, ABŞ Rusiya və Belarusun 2,6 mindən çox vətəndaşını, Rusiya telekanallarını və bank işçilərini əhatə edən yeni sanksiyalar paketi tətbiq edib.

Teleqraf.com “İnterfaks”a istinadən xəbər verir ki, ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qalanlar arasında “Qazprom” PSC İdarə Heyətinin sədr müavini Famil Sadıqov da var. O, Naxçıvanda doğulub.