Prezident Ofisi: “Ukraynanın NATO və Aİ-yə üzv olması onların da maraqlarına uyğundur”

“Ukraynanın NATO-ya və Avropa İttifaqına üzv olması həm onların, həm də bizim maraqlarımıza uyğundur”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “RBK Ukraina”ya müsahibəsində deyib.

“Hərbçilərimizin göstərdiyi şücaətdən sonra mən buna əmin olmuşam. Ukrayna heç bir hərbi ittifaqın üzvü deyil. Buna baxmayaraq, biz dünyanın ən böyük ordularından birinə qarşı 72 gündür mübarizə aparırıq”, – o bildirib.