Milli Meşə proqramı hazırlanıb

Azərbaycanda Milli Meşə proqramı hazırlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova “Ekspert saatı”nda məlumat verib.

 

A. Kərimova bildirib ki, proqram qəbul olunma ərəfəsindədir:

 

“Xüsusilə, azad edilmiş ərazilərlə bağlı proqrama müddəalar əlavə edilib. Həmin ərazilərdə yüksək səviyyəli ekoloji mühitin formalaşdırılması, iqlim dəyişikliyi ilə bağlı tədbirlər, yaşıllıqların salınması və s. həyata keçiriləcək”.