BMT Mariupolda sakinlərin təxliyəsi üçün növbəti əməliyyata başlayıb

BMT Ukraynanın Mariupol şəhərindən mülki şəxslərin təxliyəsi üçün üçüncü əməliyyata başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT baş katibin ofisi məlumat yayıb.

Bundan əvvəl baş katib Antoniu Quterreş bildirib ki, BMT Mariupol və digər ərazilərdən mülki şəxslərin üçüncü təxliyəsini planlaşdırır.

Baş katib ümid edir ki, Moskva və Kiyevlə əməkdaşlığın davam etdirilməsi vətəndaşların təxliyəsi üçün yeni humanitar dəhlizlər yaratmağa imkan verəcək.

Qeyd edək ki, mayın 4-də Ukraynanın Mariupol şəhərindən mülki sakinlərin növbəti təxliyəsi həyata keçirilib. BMT və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə 344 nəfər təxliyə edilib.