Zelenski BMT Baş katibindən kömək istədi

Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Zelenski Baş katibdən Mariupolun “Azovstal” zavodundan mülki əhalinin və yaralıların təxliyəsinin davam etdirilməsinə köməklik göstərməsini istəyib.

 

Zelenski Antonio Quterreşi “Azovstal”dan 121 nəfərin təxliyə olunduğu birinci mərhələnin uğurla həyata keçirilməsi barədə məlumatlandırıb və təxliyə əməliyyatının davam etdiriləcəyinə ümid etdiyini bildirib.