Varlı rusiyalılar sanksiyalardan yayınmaq üçün Dubaya üz tuturlar

Dubay Qərbin sanksiyalarından yayınmağa çalışan zəngin rusiyalıların sığınacağına çevrilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “BBC” yayıb.

Bildirilir ki, 2022-ci ilin ilk üç ayında Dubayda rusiyalılar tərəfindən əmlak alışları 67% artıb.

Məlumata görə, BƏƏ Ukraynadakı müharibə səbəbindən Rusiyaya qarşı sanksiya tətbiq etməyib və ölkənin bu hücumunu tənqid etməyib.

Xatırladaq ki, Rusiya Ukraynaya qarşı fevralın 24-ü hərbi əməliyyata başladıqdan sonra bir sıra Qərb ölkəsi Rusiyaya və rusiyalı oliqarxlara qarşı çox sayda sanksiya tətbiq edib. Rusiyadan olan bir iqtisadçının sözlərinə görə, müharibə başlayandan sonra ilk 10 gündə 200 minə yaxın rusiyalı ölkəni tərk edib.