Sahibə Qafarova deputatlara tapşırıq verdi

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatları ilə bağlı deputatlara tapşırıq verib.

 

Modern.az xəbər verir ki, spiker bu barədə Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

 

S. Qafarova Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı məqamların düzgün qeyd edilmədiyinə dair deputatların fikirlərinə toxunub:

 

“Bizim beynəlxalq təşkilatlarda təmsil olunan deputatlarımız var. Onlar təşkilatlarda, beynəlxalq konfranslarda Azərbaycanla bağlı məsələlərə xüsusi diqqət etməli, xarici həmkarlara geniş məlumat verməlidirlər”.