İrəvanda aksiyada saxlanılan ASALA terrorçusu sərbəst buraxılıb
Ermənistanın paytaxtı İrəvanda saxlanılan ASALA terrorçusu Ambik Sasunyan sərbəst buraxılıb.
“Report” xəbər verir ki, bu barədə “Ermənistan” blokunun feysbuk səhifəsində paylaşım edilib.
A.Sasunyanın sözlərinə görə, etiraz aksiyasında iştirak edib və polisdən gənclərin niyə saxlanıldığını soruşduğuna görə saxlanılaraq bölməyə aparılıb.