FED rəhbərindən 22 il sonrakı rekord artımla bağlı – Açıqlama

Növbəti bir neçə iclasda əlavə 50 əsas bəndlik faiz artımı müzakirə edilməlidir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel FED-in faiz dərəcəsini 50 bənd artırmasından sonra keçirdiyi mətbuat konfransında deyib.

İnflyasiyanın çox yüksək olduğunu və bunun yaratdığı çətinliyin fərqində olduqlarını ifadə edən Pauel inflyasiyanın azaldılması üçün sürətli addım atdıqlarını qeyd edib.

İqtisadiyyatın son 2 ildə çətin yol keçdiyini və dayanıqlı olduğunu sübut etdiyini vurğulayan Pauel inflyasiyanın aşağı salınmasının hər kəsə fayda verən güclü əmək bazarı şərtləri üçün çox vacib olduğunu açıqlayıb.

Pauel, həmçinin, bankın balansının ölçüsünü əhəmiyyətli dərəcədə azaltmaq prosesinə başladıqlarını da bildirib.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 50 baza bəndi artıraraq illik 0,75 – 1%-ə çatdırıb. Bu, 2000-ci ildən bəri ən böyük faiz artımı olub.