Ermənistan TŞ-nın katibi: “İlham Əliyev və Nikol Paşinyan arasında görüşün mümkünlüyü müzakirə olunur”

“Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması məsələsi müzakirə olunur”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın həll etməli olduğu bəzi məsələlər var. Biz suallara cavab tapan kimi strukturun formalaşdırılması üçün görüşlər başlayacaq. Həmçinin Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşün mümkünlüyü də müzakirə olunur”, – TŞ katibi bildirib.

Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşü olub. Mayın 2-də isə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.