Çavuşoğlu: “Aİ də miqrantların dənizdə donub ölməsində günahkardır”

Avropa İttifaqı da Yunanıstan və “Frontex” (Avropa Birliyi sərhədlərinin qorunması üzrə Agentlik) tərəfindən dənizə qaytarılan miqrantların donub ölməsində günahkardır.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

O qeyd edib ki, bununla bağlı Türkiyə tərəfi bütün dünya ictimaiyyətinə, xüsusən də, Aİ qurumları və rəsmilərinə bütün lazımi məlumatı təqdim edib və cavab gözləyir.