Böyük Britaniya Ukraynaya növbəti dəfə yardım ayırıb

Böyük Britaniya Ukraynada münaqişədən əziyyət çəkənlərə 57 milyon dollar yardım ayırıb.

APA Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ayrılmış vəsait BMT-yə və humanitar təşkilatlara yönəldiləcək.

 

Yardımın 19 milyon dolları BMT-nin Ukrayna üçün humanitar fonduna və UNİCEF-ə veriləcək. bundan başqa Moldovadakı humanitar təşkilatlara 12,6 milyon dollar, Qızrmızı Xaça isə 6,3 milyon dollar ayrılacaq.