ABŞ kəşfiyyatı Ukraynada Rusiya generallarının məhvinə kömək edib?

Rusiya ordu komandanlığının iki müavini – general-mayor Andrey Suxovetski və general-mayor Vladimir Frolovun ölümünü rəsmən təsdiqləyib.

ABŞ-ın Ukraynaya verdiyi kəşfiyyat məlumatlarından Rusiya generallarının öldüyü komanda mərkəzlərinə bəzi zərbələr zamanı istifadə olunub.

Lent.az bildirir ki, bu barədə “New York Times“ öz mənbələrinə istinadən xəbər verir.

 

Ukrayna mənbələrinin məlumatına görə, müharibə başlayandan bəri 12 yüksək rütbəli Rusiya zabiti cəbhədə həlak olub ki, bu da Qərb ordularının standartları ilə müqayisədə anomal çoxdur.

ABŞ Ukrayna ilə geniş spektrli kəşfiyyat məlumatlarını paylaşdığını açıq şəkildə etiraf edir. ABŞ-ın NATO müttəfiqləri də öz kəşfiyyat məlumatlarını Kiyevə təqdim edirlər.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayəti ərazisində iki rus generalını məhv edib.

Çernobaevka yaxınlığında Rusiyanın daha bir generalının ləğv edildiyi də bildirilib.

ABŞ Milli Təhlükəsizlik Şurası (MTŞ) Vaşinqtonun Kiyevə Rusiya zabitlərinin öldürülməsinə kömək etməsi ilə bağlı iddiaları məsuliyyətsiz adlandırıb. Bu barədə MTŞ-nin sözçüsü Endrienna Uatsona istinadən “South China Morning Post” nəşri yazıb.

“Birləşmiş Ştatlar ukraynalılara ölkələrini müdafiə etmək üçün döyüş meydanında kəşfiyyat məlumatları təqdim edir. Biz Rusiya generallarını öldürmək niyyəti ilə kəşfiyyat məlumatı vermirik”, – o vurğulayıb.