Amerikalı bloqer qəsdən təyyarəsini qəzaya uğratdığına görə pilot lisenziyasından məhrum edilib

Bakı. Trend:

Amerikalı videobloqer Trevor Ceykob baxış toplamaq üçün təyyarəsini qəzaya uğratdığına görə pilotluq lisenziyasından məhrum edilib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, videbloqer 2021-ci ilin dekabrında internetdə təyyarəsində mühərrikin sıradan çıxması səbəbindən paraşütlə tullanmağa məcbur olduğuna dair video yayımlamışdır.

 

Lakin son araşdırmalar göstərdi ki, T. Cekob qəzanı qəsdən törədib. Nəticədə o, pilotluq vəsiqəsindən məhrum edilib.