ABŞ dövlət katibi və Britaniya XİN başçısı Ukraynadakı durumu müzakirə ediblər

ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass arasında telefon danışığı olub.

“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, onlar Ukraynadakı durumu müzakirə ediblər.

E.Blinkenlə L.Trass Ukraynaya əlavə humanitar yardım və Rusiyaya iqtisadi təzyiqlərə dair fikir mübadiləsi aparıblar.

Xatırladaq ki, daha əvvəl E.Blinkenlə Ukrayna xarici işlər naziri Dmitro Kuleba arasında telefon danışığı olub.