Kanadalı general Ukraynada əsir düşdü

Ukraynada Kanada Quru Qoşunlarının generalı Trevor Kadieu Rusiya hərbçiləri tərəfindən əsir götürüb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, general “Azovstal” kombinatından qaçmağa çalışarkən qarşı tərəfin əlinə keçib.

Trevor Kadieunun kombinatın mühasirəsindən dəfələrlə çıxmağa çalışdığı bildirilir.

Trevor Kadieunun təxminən 7 ay öncə Kanada ordusunun komandanı vəzifəsinə təyin edildiyi, lakin seks qalmaqalı səbəbi ilə 2022-ci ilin aprelində hərbi xidmətdən istefa verdiyi vurğulanıb.