Çexiya Rusiyadan aldığı qazın pulunu rublla ödəməyəcək

Çexiya Rusiya qazının pulunu rublla ödəmək fikrində deyil.

“Unikal” xəbər verir ki, bu barədə Çexiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Yozef Sikela danışarkən bildirib ki, Çexiya həmçinin müəyyən şərtlər daxilində Rusiyadan neft almaqdan imtina etməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Çexiya qazın pulunu hələ də avro ilə ödəmək istəyir, xüsusən də qazın böyük hissəsini Qərbi Avropa birjalarından alır: “Rusiya Federasiyasından birbaşa qaz alan yeganə Çex şirkəti ČЕZ enerji şirkətidir, o, avro ilə ödəyir və ödəməyə davam edəcək”.