Ukrayna Prezident Ofisi: “Biz öz oğullarımızı Medvedçukla dəyişə bilmərik”

“Ukraynadakı rusiyayönümlü qüvvələrin lideri Viktor Medvedçukun Moskvada lazımsız olduğu üzə çıxıb”.

“Report” “RBK Uukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Azadlıq” radiosuna müsahibəsində deyib.

“Medvedçuku nüfuzlu və vacib şəxs kimi qələmə verirdilər. Amma məlum oldu ki, ona praktiki olaraq ehtiyac yoxdur. Biz öz oğullarımızı onunla dəyişlə bilmərik”, – o söyləyib

Xatırladaq ki, Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk bundan əvvəl Ukrayna və Rusiya prezidentlərinə müraciət edərək onu Mariupolun müdafiəçiləri və mülki şəxsləri ilə dəyişməyi xahiş etmişdi.