Rusların 80%-i Putinə güvənir – SORĞU

İctimai Rəy Fondunun keçirdiyi sorğuya əsasən, Rusiya prezidenti Vladimir Putinə rusların 80%-i etibar edir.

Modern.az-ın məlumatına görə, bu barədə Ria Novosti-nin xəbərində bildirilib.

Araşdırmaya görə, respondentlərin 80%-i prezidentə güvəndiyini bildirib, 12%-i dövlət başçısına “mən daha etibar etmirəm” cavabını seçib, 8%-i cavab verməkdə çətinlik çəkib.

Respondentlərin 82%-nin fikrincə, Putin öz vəzifəsində daha yaxşı işləyir. Əks nöqteyi-nəzəri rusların 10%-i bölüşür. 8%-i suala cavab verməkdə çətinlik çəkib.

İctimai Rəy Fondunun bu sorğusu 22-24 aprel tarixlərində yaşayış yeri üzrə müsahibə üsulu ilə Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsində yaşı 18 və yuxarı olan 1,5 min respondent arasında aparılıb.