Borrel: “Mariupol Avropanın Hələbidir”

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel növbəti dəfə Ukraynaya dəstəyini ifadə edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Mariupol Avropanın Hələbidir. Yerləyeksan edilmiş şəhərdir. Biz bu müharibəni mümkün qədər tez bitirmək üçün əlimizdən gələni edəcəyik və bunun üçün biz Ukraynaya kömək etməyə davam edəcəyik”, – tvitdə bildirilib.