ABŞ Dövlət katibi:”Sanksiyaların ləğvi müzakirə olunmur”

ABŞ bu mərhələdə Rusiyaya qarşı sanksiyaların ləğvi barədə müzakirə aparmır. Bunun üçün ən azı Ukraynada atəşkəs elan edilməsi tələb olunur.

“Unikal” xəbər verir ki, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.

“İndi Rusiyaya qarşı sanksiyaların ləğvinə dair müzakirə aparmırıq. Bu məhdudioyyətlərin ləğvi üçün ən azı atəşkəs olması şərtdir”, – deyə Blinken qeyd edib.

Dövlət katibi qeyd edib ki, prosesdə Ukraynanın da mövqeyi nəzərə alınır.