ABŞ Azərbaycan və Ermənistanın münaqişəni alovlandıracaq addım atmamasını istəyir

ABŞ administrasiyası münaqişənin alovlanmasına səbəb olacaq addımların atılmaması üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır.

APA-nın TASS-a istinadla xəbərinə görə, bunu ABŞ-ın Dövlət katibi Entoni Blinken bildirib.

 

Konqresin xarici işlər palatasında Qarabağa dair vəziyyət barədə danışan diplomat deyib: “Mən bu məsələ ilə fəal şəkildə məşğul oluram. Mən dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışmışam. Əmin olmaq istəmişəm ki, heç kim münaqişənin alovlanmasına səbəb olacaq addımlar atmayacaq. Biz həm də məsələnin uzunmüddətli siyasi həllini dəstəkləmişik”.