25 ölkənin səfirliyi Ukraynanın paytaxtında fəaliyyətini bərpa edib
25 ölkənin səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib.
APA-nın xəbərinə görə, bunu Ukrayna prezidenti ofisinin başçısının müavini Andrey Sibiqa bildirib.
“Artıq 25-dən çox səfirlik Kiyevdə tam fəaliyyətini bərpa edib. Biz onların sayının daha da artmasını istəyirik. Səfirlər də qayıdıb və biz onlarla görüşür və müzakirələr aparırırq” – deyə Sibiqa bildirib.