Zaxarovadan həmsədrlərə ittiham: “Həyasız cəhdlərini qeydə almışıq”

“ATƏT-in Minsk qrupunun amerikalı və fransalı həmsədrləri – Endryu Şoför və Bris Rokf faktiki olaraq üç həmsədrin vaxtilə yaxşı əlaqələndirilmiş işini iflic edib”.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə ATƏT-in Minsk qrupunun fəaliyyətindən danışarkən deyib.
“Biz Brüsselin ən yüksək səviyyədə Rusiya-Ermənistan-Azərbaycan razılaşmalarının mövzusunu və ATƏT-in Minsk qrupunun həmsədrlərinin ötən il təklif etdiyi gündəliyi mənimsəmək üçün həyasız cəhdlərini qeydə almışıq”, – Zaxarova bildirib.
M.Zaxarova amerikalı və fransalı həmsədrləri Rusiya ilə əməkdaşlıqdan imtina etməkdə suçlayıb.