Yaponiyanın səfiri Rusiyadan çıxarılıb?

Yaponiyanın Rusiyadakı səfiri Toyohisa Kozuki Rusiyadan çıxarılacaq səkkiz yapon diplomat arasında yoxdur.

“Qafqazinfo” xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno növbəti mətbuat konfransında bildirib.

“Mən səkkiz diplomatik rəsminin şəxsi məlumatlarını şərh etməkdən çəkinmək istərdim, lakin səfir Kozuki bu səkkiz nəfərin arasında deyil”, – o deyib.

Matsuno bəyan edib ki, Rusiya Xarici İşlər Nazirliyinin diplomatları ölkədən çıxarmaq qərarı qəbuledilməzdir və ikitərəfli münasibətlərin kəskin şəkildə pisləşməsinə görə məsuliyyət tamamilə Rusiya tərəfinin üzərinə düşür. Onun sözlərinə görə, Moskvadakı səfirlik vasitəsilə artıq müvafiq etiraz bildirilib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi Yaponiya səfirliyinin səkkiz əməkdaşının ölkədən çıxarılacağını açıqlayıb. Qeyd olunur ki, onlar mayın 10-dək Rusiyanı tərk etməlidirlər.