Türk hərbçilərə qarşı terror hazırlayanlar tutuldu

Türkiyənin Mərsin vilayətində PKK terror təşkilatına qarşı aparılan əməliyyat nəticəsində daha altı terrorçu saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, bu şəxslərin Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında “Pəncə-Kilit” şərti adı altında aparılan antiterror əməliyyatlarında iştirak edən hərbiçilərə qarşı bombalı hücum hazırladıqları müəyyən edilib.

 

Daha 12 PKK terrorçusu isə Suriya ərazisində, “Sülh çeşməsi” və “Fərat qalxanı” antiterror əməliyyatlarının keçirildiyi bölgədə zərərsizləşdirilib.