“The Guardian”: “Ukraynada müharibənin dönüş nöqtəsi mayda olacaq”

“Ukraynada müharibənin dönüş anı mayda olacaq”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “The Guraian”ın məqaləsində bildirilib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri hazırda irimiqyaslı əks-hücuma keçmək qabiliyyətinə malik deyil: “Ukraynada müharibənin dönüşü gələn ay (may ayını nəzərdə tutur – “Report”) Qərb silahlarının sonuncu dalğası ölkəyə gəldikdən, o cümlədən ABŞ qaubitsaları ilə Almaniya və Böyük Britaniyanın zenit qurğuları alındıqdan sonra baş verəcək” .

Qeyd edək ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Qərbdən güclü silahlar alacaqlarını və bundan sonra ölkə ərazisini azad etmək üçün aktiv hücum əməliyyatlarına başlayacaqlarını bildirib.