Dövlət katibi: “ABŞ Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır”

“Amerika Birləşmiş Ştatları Rusiya Prezidenti Vladimir Putinin Kiyevlə diplomatik əməkdaşlığına inanmır”.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

O, ABŞ-ın Ukraynaya silah tədürükünü sürətləndirdiyini vurğulayıb.

“Rusiya hökumətinin 2 ay əvvəl cəmi bir neçə günə ələ keçirə biləcəyini iddia etdiyi ərazilər hələ Ukraynadadır. Kiyev canlanır: insanlar küçələrdə yemək yeyir, skamyada oturur, gəzirlər. Ukraynalılar Kiyev uğrunda döyüşdə qalib gəlib. Biz bunu öz gözlərimizlə gördük”, – o söyləyib.

Blinken ABŞ-ın Ukraynaya hərbi yardımının davam edəcəyini vurğulayıb.