AMEA Elm Gününün tarixinin dəyişdirilməsini istəyir

Elm Gününün tarixinə yenidən baxılması təklif edilir.

“Report” xəbər verir ki, bu təkliflə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib.

Onun sözlərinə görə, Elm Günü həmişə Novruz bayramına düşür və ölkədə qeyd edilmir: “Fərəh xanımdan xahiş edirəm ki, bu təklifi Prezident İlham Əliyevə çatdırsın”.