Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir

Gəlir vergisindən azadolmalar və güzəştlərin siyahısı genişləndirilir.

“Report”un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə fiziki şəxslərin kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə əldə etdikləri dividentlər və faiz gəlirləri 2023-cü il fevralın 1-dən etibarən 5 müddətinə gəlir vergisindən azad ediləcək.

Eyni zamanda, layihəyə görə hüquqi şəxslərin faiz gəlirlərinə görə vahid vergitutma mexanizmi tətbiq ediləcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.