Azərbaycanla Rusiya arasında investisiyaların həcmi açıqlanıb

Rusiyanın Azərbaycana yatırdığı investisiyanın həcmi 6 milyard ABŞ dollarından çoxdur, Azərbaycanın Rusiyada yatırdığı investisiyanın həcmi 1 milyard 200 milyon ABŞ dolları təşkil edir.

“Report” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiya biznesi Azərbaycanın bir sıra sahələrində geniş təmsil olunur: “Biz bütün imkanları yaradırıq ki, Rusiya investoru özünü burda rahat hiss etsin. Rusiyanın Azərbaycanda mindən çox şirkəti fəaliyyət göstərir”.