Xarkov meri: “Rusiya qoşunları şəhərə soxulmağa çalışır”

Rusiya qoşunları Xarkovu atəşə tutmaqda davam edir. Onlar yarımstansiyaları partlatmağa başlayıblar. Bu barədə şəhərin başçısı İqor Terexov Ukrayna telekanallarının efirində bildirib.

“İndi mərmi atılır, artıq 87-dən çox evə ziyan dəyib, dağıntılar altında qalanlar var… Şəhəri elektrik enerjisi ilə təmin edən yarımstansiyalarımız partladılıb. Xarkovun bəzi rayonları artıq elektrik enerjisi şəbəkələrindən kəsilib, onlar işıqsız qalıb və müvafiq olaraq su və istilik təchizatında problemlər yaranıb. Bu soyqırımdır … İnsanları məhv etmək üçün müharibədir”…, – Ukrayna KİV-ləri Terexovdan sitat gətirir.

Mer qeyd edib ki, Rusiya qoşunları daim şəhərə soxulmağa çalışır, təxribat qrupları işləyir. “Lakin Xarkov dözür, Xarkov qalib gələcək”, – o bildirib.