Fransanın maliyyə naziri: “Aİ Rusiyaya qarşı hərtərəfli iqtisadi müharibəyə başlayacaq”

“Avropa İttifaqı Rusiyaya qarşı hərtərəfli iqtisadi və maliyyə müharibəsi aparacaq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Fransanın maliyyə naziri Bryuno Le Mer martın 1-də yerli radioya müsahibəsində bildirib.

“Biz Rusiyaya qarşı hərtərəfli iqtisadi və maliyyə müharibəsinə başlayacağıq. Bunun nəticələrini rus xalqı ödəyəcək”, – deyə nazir vurğulayıb.