Çin Rusiya və Ukrayna arasında birbaşa dialoqun tərəfdarıdır

Çin Rusiya ilə Ukrayna arasında birbaşa dialoqun tərəfdarıdır və bunu mövcud vəziyyətdən yeganə çıxış yolu hesab edir.

Trend-in məlumatına görə, bunu Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Çzyün deyib.

“İndiki məqamda mümkün qədər tez diplomatiya, mübahisələrin siyasi həlli yoluna qayıtmaq və vəziyyətin gərginliyini azaltmaq üçün hərəkətə keçmək vacibdir. Çin Rusiya və Ukrayna arasında birbaşa dialoqun tərəfdarıdır. Bu yeganə çıxış yoludur”, – deyə daimi nümayəndə bildirib.

Onun sözlərinə görə, Çin Ukraynadakı bütün tərəfləri mülki şəxslərin və obyektlərin, o cümlədən xarici vətəndaşların təhlükəsizliyini təmin etməyə çağırır.