“Azadlıq heykəli” Ukraynanın bayrağına büründü
Fransanın Kolmar şəhərindəki “Azadlıq heykəli”nin replikası ölkə ilə həmrəylik nümayiş etdirmək üçün Ukrayna bayrağına bürünüb.
Modern.az xarici KİV-ə istinadə xəbər verir ki, hazırda Fransa Rusiya qüvvələri tərəfindən işğal edilməyə çalışılan Ukrayna ilə həmrəylik nümayiş etdirir.
Qeyd edək ki, bu, ABŞ-ın Nyu-York şəhərində yerləşən “Azadlıq heykəli”nin Fransanın Kolmar şəhərində yerləşən replikasıdır. Bu haqda ilk məlumatı ABŞ Qlobal Media Agentliyinin məsləhətçisi, jurnalist Franak Viaçorka paylaşıb.